Bank of Baku əmanət faizini 12%-dək yüksəltdi | Banco.az

Bank of Baku əmanət faizini 12%-dək yüksəltdi

Bank of Baku manat əmanətləri üzrə faiz dərəcələrini daha da artıraraq müştərilərə yüksək gəlir əldə etmək fürsəti yaradıb.

Belə ki, Bank AZN valyutalı “Dinamik” əmanət məhsulunda 12 ay və daha yuxarı müddətlər üçün faiz dərəcələrini 12%-dək artırıb. Bu artım əmanət gəlirinin həm aylıq, həm də müddətin sonunda ödənildiyi hallar üçün keçərlidir.

Əmanət gəliri müştəriyə aylıq olaraq ödənilərsə,

  • bu halda faiz dərəcələri 12 ay üzrə 10.5%, 18 ay üzrə 11%, 24 və 36 ay üzrə isə 11.5%;

Gəlir faizləri müddətin sonunda hesablandığı halda isə,

  • faiz dərəcələri 12 ay üzrə 11%, 18 ay üzrə 11.5%, 24 və 36 ay üzrə 12% olacaq.

Bank of Baku-da AZN valyutasında yerləşdirilən yeni əmanətlərdə, eləcə də prolonqasiya edilən əmanətlərdə artım etmək mümkündür. Müddəti 12 aydan çox olmayan əmanətlərdə əmanət məbləği əmanət müddətinin yarısınadək istənilən məbləğdə artırıla bilər. Prolonqasiya olunduğu halda isə prolonqasiya müddətinin yarısınadək istənilən məbləğdə artım etmək olar. Müddəti 12 aydan çox olan əmanətlərdə isə müəyyən şərtlər daxilində əmanətin artırılması mümkündür. Ətraflı: www.bankofbaku.com/az/emanetler/dinamik-emanet)

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün bildirək ki, “Bank of Baku”da yerləşdirilən 100.000 AZN-dək bütün AZN valyutalı əmanətlər müddətindən asılı olmayaraq sığortalıdır.

Eyni zamanda, “Bank of Baku”ya 18 ayadək müddətə yerləşdirilən 24.000 AZN-ə qədər əmanətlərin, eləcə də 18 aydan daha çox müddətə yerləşdirilən istənilən məbləğdə əmanətlərin aylıq faiz gəlirləri fiziki şəxslərin gəlir vergisindən azaddır.

Bankın digər məhsul və kampaniyaları haqqında 145 Məlumat Mərkəzi, Bank of Baku-nun rəsmi veb səhifəsi – www.bankofbaku.com və ya rəsmi Facebook səhifəsi – www.facebook.com/bankofbaku vasitəsilə ətraflı məlumat ala bilərsiniz.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com 

www.facebook.com/bankofbaku