Bank kartı olmayan şəxsə necə pul göndərmək olar? - ARAŞDIRMA | Banco.az

Bank kartı olmayan şəxsə necə pul göndərmək olar? - ARAŞDIRMA

Bu dəfə sizə pul köçürməsindən bəhs edəcəyik. Lakin kartdan karta deyil, cash by code xidmətindən istifadə edərək. Qısa olaraq, cash by code bank kartı olmayan şəxslərə pulun daha tez göndərilməsinə imkan verir. Başqa sözlə desək, bunun üçün pulu alan tərəfin kartı olmasına ehtiyac yoxdur. Siz sadəcə kartınızı bankomata daxil edib, kartın PİN kodunu yığırsınız və müvafiq xidməti seçirsiniz. Daha sonra pulu göndərdiyiniz şəxsin mobil nömrəsini və məbləği daxil edirsiniz. Bu zaman həm sizə, həm də pulu alan şəxsin mobil nömrəsinə SMS şəklində kod göndərilir. Pulu alan şəxs birinci mobil nömrəyə gələn kodu, daha sonra isə sizdəki kodu bankomata daxil etməlidir. Bundan sonra isə göndərilən məbləği daxil edərək pulu bankomatdan götürə bilər. Onu da qeyd etmək lazımdır ki, bu kod yalnız 24 saat ərzində aktiv olur. Bu funksiya haqqında daha ətraflı buradan məlumat ala bilərsiniz. 

Həmçinin bax: Bankların sərfəli debet kartları

Gələk əsas məsələyə. Təbii ki, bu xidmətdən istifadə zaman komissiya tutulacaq. Komissiya pulu göndərən tərəfdən tutulur. Lakin Bank Avrasiya və AFB Bankda eyni zamanda alan tərəfdən də komissiya tutulur. Lakin unutmaq lazım deyil ki, kartın məxsus olduğu bankın bankomatından başqa bankomat olduqda, əlavə komissiya tutula bilər. Bəzi hallarda, komissiya kartdan asılı olaraq da dəyişə bilər. Məsələn, ABB-yə məxsus əmək haqqı, təqaüd və s. kartlarda, Kapital Banka məxsus Birkartda bu komissiya fərqlidir. Siyahıda bankların debet kartlarından öz ATM-ləri vasitəsilə pulu göndərdikdə tutulan komissiyalar qeyd olunub. 

Həmçinin bax: Debet kartlardan nağdlaşdırma komissiyaları

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, köçürmə zamanı limitlərlə qarşılaşa bilərsiniz. Əksər hallarda bir dəfə üçün bu limitlər 500-1000 AZN arasında dəyişir. Əgər kartın məxsus olduğu bankdan deyil, digər bankın bankomatı ilə köçürmə zamanı bu limitlər daha da az ola bilər.

Həmçinin bax: Debet kartlardan gündəlik nağdlaşdırma limitləri

Nəzərinizə çatdıraq ki, siyahıda qeyd olunmayan bankların bankomatlarında bu xidmət yoxdur. Bu halda, digər bankların bankomatlarından istifadə edə bilərsiniz. 

Əlavə olaraq qeyd edək ki, bankomatlarla yanaşı, bəzi bankların mobil tətbiqində də bu xidmət mövcuddur.

Bartdan karta pul köçürmə ilə bağlı buradan daxil olaraq Banco.az tərəfindən hazırlanan videolara baxa bilərsiniz.

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et