Bakıda “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfrans keçiriləcək | Banco.az

Bakıda “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfrans keçiriləcək

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 2019-cu il 29 mart tarixində Bakıda “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynalxalq konfrans keçirəcək. Konfransın keçirilməsində əsas məqsəd Avrasiya regionu və OECD ölkələri arasında əlaqələrin daha da möhkəmləndirilməsi, regionun iqtisadi və sosial inkişafı ilə bağlı əməkdaşlığın genişləndirilməsi, həmçinin bu sahədə mövcud problemlərin həll yollarının müzakirə edilməsidir.

Konfransda OECD-nin Qlobal Əlaqələr Katibliyinin Avrasiya bölməsinin rəhbəri Vilyam Tomson “Azərbaycanda iqtisadi islahatlar: Sahibkarlığın inkişafı və iqtisadi diversifikasiya” mövzusunda çıxış edəcək.  Belə ki, OECD Avrasiya Rəqabətlilik Proqramı çərçivəsində “Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması sahəsində islahatların və iqtisadi diversifikasiyanın dəstəklənməsi” mövzusunda təhlil icmalı hazırlayıb. İcmal “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icrası üçün müəyyən edilən bəndlər üzrə beynəlxalq təcrübənin öyrənilməsini və uğurlu tətbiqinə dəstək vermək, eləcə də, Azərbaycanın əldə etdiyi müsbət nəticələr haqqında OECD-nin üzv ölkələrini məlumatlandırmaq məqsədi daşıyır. İcmalın aralıq mərhələsi kimi hazırlanan “Azərbaycanda sahibkarlığın gücləndirilməsi yolu ilə diversifikasiyanın sürətləndirilməsi” və “Xarici investisiyaların yerli təchizatçılarla əlaqələndirilməsi” hesabatı Azərbaycan nümayəndə heyəti tərəfindən Fransada keçirilən “Avrasiya Həftəsi 2018” tədbirində də iştirakçı dövlətlərə təqdim edilib.

Ən sərfəli kredit üçün müraciət et

  Bakıda “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfransda Azərbaycan hökümətinin və beynəlxalq qurumların yüksək vəzifəli nümayəndələri iştirak edəcək.