Bakıda bu ölkələrə Şengen viza sənədlərinin qəbulu müvəqqəti dayandırılıb | Banco.az

Bakıda bu ölkələrə Şengen viza sənədlərinin qəbulu müvəqqəti dayandırılıb

Bakıda fəaliyyət göstərən VFS Global mərkəzi Latviya, Estoniya və Sloveniyaya Şengen viza sənədlərinin qəbulunu müvəqqəti dayandırıb.

Bu barədə Latviyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“️Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi təəssüflə qeyd edir ki, müəyyən səbəblərdən VFS Global Viza mərkəzində Latviya, Estoniya və Sloveniya üçün Şengen viza sənədlərinin qəbulu müvəqqəti olaraq 24 fevral 2023-cü il tarixinə kimi dayandırılır”, - səfirliyin bəyanatında deyilir.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et