Bakı Fond Birjasında “Ferrum Kapital” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək | Banco.az

Bakı Fond Birjasında “Ferrum Kapital” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

9 oktyabr tarixində “Ferrum Kapital” MMC-nin ümumi dəyəri 2 500 000 (iki milyon beş yüz min )  manat olan istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu iləhəyata keçiriləcəkdir.

Qeyd edək ki, “Ferrum Kapital”ın istiqrazlarının mülki hüquq münasibətlərində zamini qismində onun əsas səhmdarı olan “AQA Şirkətlər Qrupu” çıxış edir. Əgər emitent öhdəliklərini yerinə yetirməzsə, investorlara istiqrazların dəyərini və hesablanmış faizləri “AQA Şirkətlər Qrupu” ödəyəcək. İstiqrazların emissiya prospekti BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:

 


 

Dövlət qeydiyyat nömrəsi – İSİN

 


 

İstiqrazların növü və forması

 


 

İstiqrazların sayı

 


 

Nominal Dəyəri

 


 

İllik faiz dərəcəsi

 


 

Tədavül müddəti

 


 

Kupon faizlərinin ödəniş müddəti

 


 

AZ2002022286

 


 

Faizli təmin edilməmiş sənədsiz adlı

 


 

2500

 

(ədəd)

 


 

1000 manat

 


 

12.5 %

 


 

1 il

 


 

Hər aydan (30 gün) bir

 

 

Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.