Azərbaycanın yeni strateji inkişaf mərhələsində - milli iqtisadiyyatın rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının gücləndirilməsi, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalalaşdırılması, ölkənin rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanına çevrilməsi, azad edilmiş ərazilərin sürətli reinteqrasiyası kimi məqsədlər hədəflənir.
Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bu gün Bakıda keçirilən "2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik" mövzusunda ikinci DİM Dialoqu zamanı deyib.
Onun sözlərinə görə, strategiyanın icrası nəticəsində ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4 %, qeyri-neft qaz ÜDM-nin isə illik orta hesabla 5 % artımı, habelə özəl sektorun iqtisadiyyatda payının 88 %-ə çatdırılması, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri neft-qaz ixracının həcminin 85 % artırılması hədəflənir.
"Xüsusilə regionlarda kiçik və orta sahibkarlığın, eləcə də özünüməşğulluğun inkişafına zəruri şərait yaradılmaqla əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunacaq, qeyri-formal məşğulluğa qarşı zəruri qabaqlayıcı və nəzarət tədbirləri gücləndiriləcəkdir.
Qeyri-formal məşğulluğun mərhələli azaldılması nəticəsində muzdla işləyənlər üzrə qeyri-dövlət sektorunun payı 50 % (2021-ci il üzrə - 46,9 %) təşkil edəcəkdir", - S. Məmmədov bildirib.
Nazir müavini əlavə edib ki, qadınların iqtisadi imkanlara çıxışı yaxşılaşdırılacaqdır: "Qadınların cəmiyyətdə iqtisadi fəallığı artırılacaq, onların yüksək əməkhaqqı olan iqtisadi sahələrdə məşğulluğu təşviq olunacaqdır".
Hazırda, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi İqtisadiyyat Nazirliyi tərəfindən aidiyyəti sahə nazirlikləri və digər təşkilatlardan daxil olan təkliflər əsasında müəyyənləşdirilir.
Dördüncü sənaye inqilabının zərurətə çevrilən çağırışlarını nəzərə alaraq, dövlət sifarişinin formalaşdırılması zamanı son 3 ildə əsas diqqət texniki, texnoloji və təbiət ixtisaslarının artırılmasına verilib.
Ali təhsilin əlçatanlılığının və əhatəliliyinin artırılması, xüsusilə əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının daha da artırılması məqsədilə dövlət hesabına təhsil alan tələbələrin sayı artırılıb. Əgər 2018-ci ildə dövlət sifarişinin ümumi qəbul planında xüsusi çəkisi 27% təşkil edirdisə, hal hazırda bu rəqəm 50%-ə qədər təşkil edir".
O, bildirib ki, yaxın gələcəkdə qarşımızda duran əsas məsələ - işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlıdır:
Dayanıqlı inkişafa nail olunmasında bütün maraqlı tərəflərlə səmərəli əməkdaşlığın və dialoqun qurulması vacib əhəmiyyətə malikdir.
Bu baxımdan "DİM Dialoqlar" təşəbbüsü çərçivəsində istər dövlət, istər qeyri-hökumət təşkilatları, özəl sektor və beynəlxalq təşkilatlarla aparılacaq müzakirələrin ölkəmizdə "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliy"in icrasına və iqtisadi və sosial inklüzivliyin təmin edilməsi istiqamətində aparılan siyasətə öz müsbət töhfəsini verəcəyinə inanıram", - deyə S.Məmmədov əlavə edib.
report
Bizi sosial şəbəkələrdən izləyin!!