Azərbaycanın əsas ticarət tərəfdaşları - SİYAHI | Banco.az

Azərbaycanın əsas ticarət tərəfdaşları - SİYAHI

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-avqust aylarında xarici ölkələrlə 35 milyard 505 milyon 182 min dollar dəyərində ticarət əməliyyatı aparıb.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 1,1% çoxdur.

Hesabat dövründə Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya (11,4 mlrd. dollar), Türkiyə (5,5 mlrd. dollar) və Rusiya (2,8 mlrd. dollar) olub.

Bu ilin ilk 8 ayında Azərbaycanın 10 əsas ticarət tərəfdaşları isə bu ölkələr olub:

Ölkələr

Ticarət dövriyyəsi (min dollar)

İtaliya

11.400.372.190

Türkiyə

5.527.947.610

Rusiya

2.786.710.640

Çin

1.960.883.240

Yunanıstan

1.148.836.560

İsrail

1.113.106.300

Almaniya

1.068.506.880

Hindistan

809.856.010

İspaniya

787.347.820

Türkmənistan

644.767.750

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram