Azərbaycan Belarusa albalı və gilas tədarükünü kəskin artırıb | Banco.az

Azərbaycan Belarusa albalı və gilas tədarükünü kəskin artırıb

Bu ilin I yarısında Azərbaycan 22,2 milyon ABŞ dolları dəyərində 13 min 962 ton albalı və gilas ixrac edib.

Dövlət Statistika Komitəsinin məlumatına  əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 % çox, kəmiyyət olaraq – 14 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyaya 22,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % çox) 13 min 835 ton (-14 %), Qazaxıstana 111,5 min ABŞ dolları dəyərində (+88 %) 107,6 ton (+46 %) və Belarusa 15,4 min ABŞ dolları dəyərində (-49 %) 19,2 ton (+4 dəfə) məhsul satıb.

2025-ci ildə Azərbaycandan ixrac edilmiş 16 min 758 ton albalı və gilasın 99,3 %-i Rusiyanın payına düşüb.