Azərbaycanın 2017-ci ildə neft hasilatı necə olacaq? - Proqnoz | Banco.az

Azərbaycanın 2017-ci ildə neft hasilatı necə olacaq? - Proqnoz

Azərbaycanda gələn il üçün neft hasilatı üzrə proqnoz OPEK ölkələri və digər istehsalçılar tərəfindən dekabrın 10-da Vyanada əldə olunmuş neft hasilatının azaldılması üzrə razılaşmaya uyğundur.

Bu barədə Energetika Nazirliyindən bildiriblər.

Qurumdan deyiblər ki, hasilatın azaldılması haqqında Vyana razılaşmasını nəzərə alaraq, Azərbaycanda 2017-ci ildə orta sutkalıq neft hasilatı 800-807 min barel təşkil edəcək. Belə ki, cari ildə bu göstərici 842 min barel olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Ümumilikdə Azərbaycan hakimiyyəti 2017-ci ildə neft hasilatını 39 796,9 min ton səviyyəsində proqnozlaşdırır. Bu, 2016-ci ilin göstəricisindən 3,7 faiz azdır.

Mənbə: Trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et