Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 1% azalıb | Banco.az

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 1% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-mart aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 545,9 milyon manatlıq əməliyyat aparıblar.

Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın aprel sayına istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 6 milyon manat və ya 1.1% azdır. Təkcə mart ayında bu göstərici 173.7 milyon manat olub. 

Ötən ilin eyni dövründə Azərbaycanda xaricilərin bank kartları ilə həyata keçirdikləri əməliyyatların dəyəri 551.9 milyon manata, 2022-ci ilin yanvar-mart aylarında isə 549.8 milyon manata bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram