Azərbaycanda qeyri-formal iqtisadiyyatın ÜDM-dəki çəkisi nə qədərdir? - ARAŞDIRMA | Banco.az

Azərbaycanda qeyri-formal iqtisadiyyatın ÜDM-dəki çəkisi nə qədərdir? - ARAŞDIRMA

Xəzər Aslanov, Maliyyə məsləhətçisi

İqtisadiyyatımızda elə sahələr var ki, qeyri-rəsmi fəaliyyət göstərirlər və buna görə də təbii ki, həm dövlət büdcəsinin əsas gəlir mənbəyi olan vergilərdən yayınırlar, həm də orada çalışanların öz qanuni hüquqlarından istifadəsini məhdudlaşdırırlar. Bu tipli iqtisadiyyata qeyri-formal iqtisadiyyat, ya da tanınmış adı ilə kölgə iqtisadiyyatı deyirik.

Əksər iqtisadçıların fikrinə görə, qeyri-formal iqtisadiyyat dünyanın ikinci ən böyük iqtisadiyyatıdır, çünki hər il bu tip iqtisadiyyatda milyard dollardan çox pul xərclənilir və təbii ki, xərclənmiş pul dövriyyəsinin ölkə iqtisadiyatına bir qəpik belə xeyri dəymir. Beynəlxalq Valyuta Fonduna görə, qeyri-formal iqtisadiyyat daha çox zəif iqtisadi tənzimləməyə hakim olan ölkələrdə mövcuddur. Buna ən böyük misal kimi, 1990-cı illərin sovet ölkələrinə nəzər yetirsək, daha yaxşı görəcəyik. Belə ki, 90-cı illərdə Gürcüstan və Rusiya iqtisadiyyatının əsasını təşkil edən ÜDM-in 64%-i və 44%-i qeyri-formal iqtisadiyyat idi.

Almaniyanın Cologne Universitetində aparılmış araşdırmaya əsasən dünyada ən çox qeyri-formal iqtisadiyyatın hakim olduğu sənaye ölkələri müəyyən edilmişdir. Qrafikdən də gördüyümüz kimi, bir-biri ilə qonşu olan Türkiyə və Yunanıstan ÜDM-də qeyri-formal iqtisadiyyatın payının ən çox olduğu ölkələr hesab edilir. Eyni zamanda qrafikdə qeyd edilməmiş Litva, Ruminiya və Bolqarıstan kimi ölkələrdə də qeyri-formal iqtisadiyyatın payının 30%-dən çox olduğu təxmin edilir.

Eyni bir araşdırmanı 2020-ci il üzrə Azərbaycan üçün etsək, aşağıdakı kimi bir nəticə əldə edəcəyik.

Cədvəl: 2020-ci ilin yanvar-may intervalında pul aqreqatları (mln AZN)

Qeyd: Cədvəldə istifadə edilən göstəricilər Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məlumatlarına əsaslanaraq qeyd edilmişdir.

Gördüyümüz cədvəldə:

 M0 - banklardan kənarda olan nağd pul ehtiyatı

  D - Manatla olan tələbli depozitlər

  M1 - M0 ilə D hesablarının cəmi

 GDP - Ümumi Daxili Məhsul

Ən sərfəli kredit üçün müraciət et

 OCE - İqtisadiyyatda olan rəsmi valyuta ehtiyatı

 UOCE - İqtisadiyyatda olan qeyri-rəsmi valyuta ehtiyatı

 V - Pulun dövretmə sürəti

 SHEC - Qeyri-formal iqtisadiyyatın xüsusi çəkisi

 SHEC/GDP -  Qeyri-formal iqtisadiyyatın ÜDM-dəki çəkisi

Hesablamaya nəzər yetirək:

M/D əmsalı banklardan kənarda olan nağd pul ehtiyatının manatla olan tələbli depozitlərə olan nisbəti əmsalıdır. M/D əmsalı bizə onu göstərir ki, M1 pul aqreqatının ayrıldığı iki hissədə ən çox pay M0-ın, ən az pay isə D əmsalınındır. Yəni M0 əmsalı həmişə D-dən (M/D) nisbəti qədər böyük olur. O zaman belə fərz edə bilərik ki, iqtisadiyyatda olan rəsmi valyuta ehtiyatı bütün nağd ehtiyatların aylar üzrə verilmiş (1-M/D) fərqinin ortalamasına vurulmasının hasilinə bərabərdir. Bununla da, dövriyədə olan bütün nağd ehtiyatlardan ancaq rəsmi nağd ehtiyatları çıxdıqdan sonra qeyri–rəsmi pul ehtiyatını müəyyənləşdiririk. Pulun dövretmə sürətini də hesabladıqda, müəyyən etmək olur ki, dövriyədəki pul ehtiyatı ÜDM-in tərkibində minimum 0.5 paya malikdir. Deməli qeyri-rəsmi valyuta ehtiyatlarının ümumi nağd pul ehtiyatlarına olan nisbəti bizə ÜDM-in nə qədər hissəsinin qeyri-formal yolla yarandığını göstərə bilər. Ona görə də ÜDM-ni bu nisbətə vurub qeyri-formal iqtisadiyyatın xususi çəkisini tapa bilərik. Aldığımız nəticənin də ÜDM-ə olan nisbəti qeyri-formal iqtisadiyyatın ÜDM-də olan payıdır.

Yuxarıdakı cədvəldən alınan nəticəyə görə, Azərbaycanda qeyri-formal iqtisadiyyatın ÜDM-dəki payının 40% olduğu təxmin edilir. Bu da yetərincə çoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram