Azərbaycanda qapalı məkanlarda tibbi maska tələbinin ləğvi müzakirə edilir | Banco.az

Azərbaycanda qapalı məkanlarda tibbi maska tələbinin ləğvi müzakirə edilir

Milli Məclisdə qapalı məkanlarda tibbi maskadan istifadənin ləğvi müzakirə olunur.

Bu barədə  açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Deputat son zamanlar ölkədə epidemioloji vəziyyətin nəzarətdə olmasının qapalı məkanlarda maskadan istifadə ilə bağlı tələbin aradan qaldırılmasına zəmin yaratdığını qeyd edib.

“Proqnozlar və hesablamalar, eləcə də gələcək risklər də nəzərə alınaraq məsələ ilə bağlı müzakirələr aparılır. Yaxında müzakirələrin nəticəsi bəlli olacaq”, – deyə o əlavə edib.

oxu.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et