Bu ilin yanvar-mart aylarında Azərbaycanda 3 min 704,4 ton makaron məmulatları istehsal edilib.
Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünə nisbətən 2,3 dəfə çoxdur.
Aprelin 1-nə ölkədə 28 ton hazır məhsul ehtiyatı yaranıb.
Xatırladaq ki, 3 ayda Azərbaycanda 1 395,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12,2 % çoxdur.
report