Azərbaycanda həyat sığortası 21%, qeyri-həyat sığortası isə 6% artıb | Banco.az

Azərbaycanda həyat sığortası 21%, qeyri-həyat sığortası isə 6% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 314,047 milyon manat sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankının bildirdiyinə görə, bu, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 21,1% çoxdur.

Ötən 10 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 391,653 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 6,1% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 0,75% azalaraq 216,458 milyon manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 40% artaraq 184,753 milyon manata çatıb.

Beləliklə, 2021-ci ilin yanvar-oktyabr aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 68,9 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 47,2 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2020-ci ilin yanvar-oktyabr aylarında müvafiq olaraq 84,1 manat və 35,75 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et