Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Fonddan verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 706,765 mln. manat ödənilib.
Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 42,852 mln. manat, “Zaminbank” ASC - 52,267 mln. manat, “Kredobank” ASC - 27,005 mln. manat, “Dekabank” ASC - 3,021 mln. manat, “Atrabank” ASC - 14,217 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,926 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,147 mln. manat, “Gəncəbank” ASC - 975 min manat, “Texnikabank” ASC - 120,081 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 420,272 mln. manat kompensasiya alıblar.
Mənbə: Report.az