İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və Avropa Telekommunikasiya Standartlaşdırma İnstitutu (ETSl) arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Müqaviləyə əsasən, AZSTAND ETSl-nin rəsmi nəşrlərini yaymaq hüququnu əldə edib. Bu standartların tətbiqi informasiya-kommunikasiya sahəsində qabaqcıl texnologiyalar, o cümlədən mobil rabitə, mobil radio və smart kart tipli sistemlərin tələblərinin formalaşmasına töhfə verəcək.
ETSI-ni 1988-ci ildə Avropa Poçt və Telekommunikasiya Təşkilatı (CEPT) təsis edib və onu rəsmi olaraq Avropa Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası (EFTA) tanıyıb. ETSI-nin nəşr etdiyi standartların sayı 30 000-dən çoxdur. Onun Avropa İttifaqı ölkələri də daxil olmaqla 65 ölkədən 900-dən çox üzvü var.
report
Bizi sosial şəbəkələrdən izləyin!!
