Azərbaycan sığorta sektorunda konsolidasiya səviyyəsi: 2010 və 2015-ci illər üzrə müqayisə | Banco.az

Azərbaycan sığorta sektorunda konsolidasiya səviyyəsi: 2010 və 2015-ci illər üzrə müqayisə

2015-ci ildə Azərbaycan sığorta sektorunda daxil olmuş sığorta haqları təxminən 443 milyon AZN təşkil etmişdir. Anoloji rəqəm 2010-cu ildə 156 milyon AZN olmuşdur. Bu məqalədə Azərbaycan sığorta bazarının konsolidasiya səviyyəsi analiz edilmişdir.

Cədvəl 1-də Azərbaycanda fəaliyyət göstərən həyat və qeyri-həyat sığorta şirkətlərinin bazardakı payları 2010 və 2015-ci illər üzrə müqayisəli şəkildə göstərilmişdir. Cədvəldən göründüyü kimi, ilk 5 sığorta şirkətinin bazar payı 2010-cu ildə 52% olduğu halda, 2015-ci ildə bu rəqəm 67%-ə yüksəlmişdir. Eyni şəkildə, anoloji dövrdə ilk 10 şirkətin bazar payı 79%-dən 84%-ə yüksəlmişdir.

Cədvəl 1. Ümumi sığorta bazarında şirkətlər üzrə konsolidasiya səviyyəsi

Cədvəl 2-də ümumi sığorta bazarında növlər üzrə konsolidasiya verilmişdir. Cədvəldən göründüyü kimi, ilk 5 sığorta növünün 2010-cu ildə bazar payı 69% olduğu halda, bu rəqəm tədricən azalaraq 2015-ci ildə 64%-ə enmişdir. Eynilə ilk 10 sığorta növünün bazar payı da bu dövrdə 4% azalmışdır.

Cədvəl 2. Sığorta bazarında növlər üzrə konsolidasiya səviyyəsi

İlk iki cədvələ əsasən, müqayisə edilən dövr ərzində Azərbaycan sığorta bazarında şirkətlər üzrə konsolidasiya səviyyəsinin yüksəldiyini, lakin sığorta növləri üzrə konsolidasiya səviyyəsinin azaldığını qeyd edə bilərik. Sadə dillə ifadə etsək, 2010-cu ildə nisbətən çox sayda sığorta şirkəti nisbətən az sayda sığorta növü ilə məşğul olurdusa, hazırda az sayda sığorta şirkəti çox sayda sığorta növü ilə məşğul olur. Yəni sığorta bazarında 20-dən çox sığorta şirkətinin fəaliyyət göstərməsinə baxmayaraq, dominantlıq edən şirkətlərin sayı azalmış və bu şirkətlər öz növbəsində bazara daha çox adda sığorta məhsulu təklif etməyə başlamışlardır. Bu baxımdan mövcud bazar strukturunu oliqopol bazara bənzədə bilərik. Məhsul çeşidliliyinin artmasında son illərdə tətbiq edilməyə başlanan icbari sığorta növlərinin rolu böyükdür.

Ən sərfəli kredit üçün müraciət et

Rəqabət səviyyəsinin ölçülməsində dünyada ən çox istifadə edilən indekslərdən biri Herfindahl-Hirschman İndeksidir. Aşağıda adı çəkilən indeksin düsturu verilmişdir:

                                                                         

Burada, X - bütün növlər üzrə daxil olmuş cəmi sığorta haqqını, Xi- i sığorta şirkəti üzrə cəmi daxilolmaları göstərir. Qeyd edək ki, 1000-dən aşağı rəqəm bazarda rəqabət səviyyəsinin güclü olduğunu göstərir. 1000-1800 arası rəqəm orta rəqabətlilik, 1800-dən yuxarı rəqəm isə aşağı rəqabətlilik (yüksək konsolidasiya) səviyyəsini göstərir.

Azərbaycan sığorta bazarında mövcud rəqabət şəraitini öyrənmək məqsədilə hesablanan Herfindahl İndeksi 2015-ci il üçün 1344-ə bərabər olub. Xatırladaq ki, bu rəqəm 2010-cu ildə 759 olmuşdur.

Cədvəl 3. Sığorta bazarında şirkətlər üzrə HHİ gostəricisi

                                                  

Azərbaycan sığorta bazarında mövcud konsolidasiya səviyyəsini ölçmək üçün istifadə edilən HHİ sektorda rəqabət şəraitinin getdikcə pisləşdiyini büruzə verir. Yəni artıq sığorta bazarında daha çox məhsulun təklif olunmasına baxmayaraq, dominant şitkərlərin sayı kəskin azalmışdır.

Müəllif: Hikmət Allahverdi

Ən sərfəli krediti almaq üçün müraciət et