Azərbaycan neftinin qiyməti 94 dollara çatıb - 27.01.2022 | Banco.az

Azərbaycan neftinin qiyməti 94 dollara çatıb - 27.01.2022

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,68 ABŞ dolları, yaxud 2,94 % artaraq 93,84 ABŞ dollarına çatıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegrama

Ən sərfəli krediti almaq üçün müraciət et