Azərbaycan Mərkəzi Bankı Pakistan bankının törəməsinə lisenziya verib | Banco.az

Azərbaycan Mərkəzi Bankı Pakistan bankının törəməsinə lisenziya verib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "MCB" QSC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

Bu barədə tənzimləyici quruma istinadən xəbər verilir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 54-ə çatıb.

Xatırladaq ki, "MCB" 2009-cu ilin oktyabr ayında lizinq şirkəti kimi yaradılıb, 2019-cu ilin aprel ayında isə BOKT-a çevrilib. Onun nizamnamə kapitalı 4 283 675 manatdır. BOKT-un səhmdarları 99,94%-lik payla Pakistanın "MCB Bank"ı və 0,06%-lik payla İdarə Heyətinin sədri Rəmal Cəfər oğlu Cəfərovdur.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et