Fermerin ucuz məhsulu istehlakçıya niyə baha çatır? | Banco.az

Fermerin ucuz məhsulu istehlakçıya niyə baha çatır?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Niyə sahədən yığılan və orada ucuz qiymətə satılan meyvə və tərəvəzlər Bakı bazarlarında qat-qat baha qiymətə təklif olunur? Fermerlərlə istehlakçı arasında qiymət fərqinin bu qədər böyük olmasının əsas səbəbləri nələrdir və burada vasitəçilərin rolu nə qədərdir?

Bu günlərdə sosial şəbəkələrdə bir yük maşını dolu gilasın zibilliyə atıldığını göstərən video da yayılıb. Nə üçün fermerlər məhsulu ucuz qiymətə satmaq əvəzinə, xarab olmasına razı olurlar və bu cür halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

İqtisadçı Natiq Cəfərli  Banco.az-a açıqlamasında bildirib ki, bunun səbəbləri çoxdur, əslində: "Birincisi, fermerlərin birbaşa bazarlara çıxış imkanları məhduddur. Bunu təmin etmək, təşviq etmək lazımdır. Birbaşa istehsalçı bazara çıxmalıdır və çıxmağa imkanı olmalıdır.

İkincisi, arada o alqı-satqı ilə məşğul olanlar, yəni fermerdən alıb şəhərdə satanlar üçün qiyməti aşağı salmaq sərf etmir. Bir maşın gilasın çölə tökülməsi, sərf eləyir, çünki yalnız bir maşından ziyan çəkirlər. Amma bir də var ki, onlarca maşın gilasın qiymətini aşağı salasan. O zaman daha çox ziyan edəcəklərini düşünürlər".

İqtisadçının sözlərinə görə, ona görə də bunun əsas həll yolu "Tarladan süfrəyə" bir proqram hazırlanmalıdır və bu proqram yerinə yetirilməlidir: "Yəni fermer çox asanlıqla bazara çıxış imkanı əldə etməlidir. Bu zaman qiymətlərin tənzimlənməsinin də, ucuzlaşmasının da şahidi ola bilərik".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram