Azərbaycan daha bir dövlətə kredit verməyə hazırdır - 100 MİLYON DOLLAR | Banco.az

Azərbaycan daha bir dövlətə kredit verməyə hazırdır - 100 MİLYON DOLLAR

Azərbaycan Pakistanın enerji məsələlərinin həll edilməsi üçün 100 milyon dollar həcmində kredit verməyə hazırdır.

Bu məsələ, eləcə də Azərbaycan nefti və neft məhsullarının bu ölkəyə tədarükü məsələləri Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin pakistanlı rəsmi ilə görüşü zamanı müzakirə olunub.

İslamabadda Pakistanın informasiya və teleyayım naziri Favad Hosseynlə görüşdə azərbaycanlı diplomat iki ölkə arasında informasiya və media sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Pakistanlı rəsmi isə öz növbəsində ölkəsinin Azərbaycanla turizm sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

marja.az