Bu ilin sonuna Azərbaycan Yunanıstana 1,2 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.
Bunu nazir Pərviz Şahbazov bu gün keçirilən Azərbaycan və Yunanıstan arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasında bildirib.
Onun sözlərinə görə, ötən il Yunanıstanın qaza tələbatının təxminən 18 %-i məhz Azərbaycanın "mavi yanacağı" hesabına təmin edilib.
P. Şahbazov bildirib ki, Avropaya 3,5 il ərzində tədarük edilən 36,8 milyard kubmetr qazın 3,6 milyard kubmetrdən çoxu və ya 10 %-i Yunanıstanın payına düşüb.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!