Azərbaycan Banklar Assosiasiyasından ixraca dəstək üçün yeni addım | Banco.az

Azərbaycan Banklar Assosiasiyasından ixraca dəstək üçün yeni addım

 Banco.az  BBN.az saytına istinadən xəbər verir ki,Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə” Ekspert Qrupu “PayPal” sisteminin pərakəndə satışla məşğul olan şəxslər üçün yeni imkanlar açacaq funksiyasını Azərbaycanda işə salınmasına yönəlik danışıqlara başlayıb.

Beynəlxalq alış-veriş saytlarında (ebay, alibaba, amazon və s.) ödənişlərin həyata keçirilməsi zamanı təhlükəsizliyinə görə üstünlük verilən sistemlərdən biri“PayPal”dır. Amma bu sistem Azərbaycanda “bir istiqamətli” işləyir. Yəni, sözügedən alış-veriş şəbəkələrində biz yalnız məhsulun aldığımız zaman ödəniş etmək üçün “PayPal”dan istifadə edə bilirik. Başqa sözlə, yerli satıcılar bu alış-veriş saytlarında “PayPal” üzərindən ödəniş qəbul edə bilmirlər. Məsələn, Azərbaycandakı satıcı hər hansı malı internet vasitəsilə satır və xaricdəki müştəri malın dəyərini təhlükəsizlik məqsədilə PayPal üzərindən ödəyir. Bu zaman ödəniş satıcının Paypal hesabına düşsə də, onu yerli bankdakı hesaba keçirmək və istifadə etmək mümkün olmur.

Ən sərfəli kredit üçün müraciət et

ABA-nın “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupu“Receive Enabled” adlanan funksiyanın Azərbaycanda aktivləşdirilməsi üçün görülməli olan işlərlə bağlı “PayPal” şirkətinin regional rəhbərliyi ilə müzakirə aparıb. Müzakirə zamanı “PayPal”ın xarici ölkələrdə fəaliyyət metodları müzakirə edilib və Azərbaycanda bu xidmətin aktivləşdirilməsi üçün görülməli işlər barədə ilkin məlumat əldə edilib.