Azərbaycan bankının nizamanmə kapitalı 5 milyon manat artırılıb | Banco.az

Azərbaycan bankının nizamanmə kapitalı 5 milyon manat artırılıb

Sentaybr ayında “TuranBank” ASC-nin nizamanmə kapitalı 4 milyon 998 min 840 manat da artırılıb.

Bankın nizamanmə kapitalı 70 milyon 4 min manata çatdırılıb.

Xəbər verdiyimiz kimi, “TuranBank” ASC səhmdarlarının 14 yanvar 2019-cu il tarixli növbədənkənar Ümumi Yığıncağında cəmi məbləği 15 milyon 848 min manat olmaqla - hər birinin nominal dəyəri 1082 manat olan 13864 ədəd adi, sənədsiz adlı səhmin emissiya edilməsi qərara alınmışdı.

Səhmlərin 2 mərhələdə yerləşdirilməsinə qərar verilmişdi. Birinci mərhələdə yeni emissiyanın 10 milyon 2 min 8 manatlıq hissəsi yerləşdirilmiş və Bankın nizamnamə kapitalı 55 milyon 3 min 470 manatdan 65 milyon 5 min 478 manata yüksəlmişdi. Yerləşdirmə ilə Banka 2 yeni səhmdar da cəlb edilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Sentyabr ayında emissiyanın ikinci hissəsi (4 milyon 998 min 840 manat) yerləşdirilib. Səhmlər mövcud səhmdarlar tərəfindən əldə edilib. İki mərhələli prosesin yekununda “TuranBank”ın kapitalı 70 milyon manatı aşıb.

1992-ci ildə yaradılmış “Turan Bank”ın hazırda 8-i hüquqi, 21-i isə fiziki şəxs olmaqla 29 səhmdarı var. Bankın nizamnamə kapitalının 33,97%-i hüquqi şəxslərə, 66,03%-i fiziki şəxslərə məxsusdur.

30 Sentyabr 2019-cu il tarixinə olan məlumata görə, “Turanbank”ın müştərilərə verdiyi kreditlər, gəlirləri və xalis mənfəəti artıb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et