Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 8 %-dən çox artırıb | Banco.az

Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 8 %-dən çox artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 353 milyon 777,12 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü müqayisədə 25 milyon 913,88 min ABŞ dolları və yaxud 7,9 % çoxdur.

İki ay ərzində avtomobil və onların hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 8,55 %-ni təşkil edib.

Hesabat aylarında Azərbaycan xarici ölkələrlə 8 milyard 904,49 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 4 milyard 766,47 milyon ABŞ dolları ixracın, 4 milyard 138,02 milyon ABŞ dolları isə idxalın payına düşüb.

report

Bizim WhatsApp kanalımıza abunə olun