Müəllif: Tamara Mustafayeva, Banco.az
“Vodafone Group” və “Microsoft Corp.” süni intellekt, rəqəmsal ödənişlər və əşyaların interneti sahələrində əməkdaşlıq edəcək.
Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) ötən ilin noyabr ayına dair istehlakçıların gözləntiləri sorğusunun nəticələrini açıqlayıb.
Buna görə, Avrozonada istehlakçıların inflyasiya gözləntiləri gələcək 12 ay üçün 4 faizdən 3,2 faizə geriləyib. Növbəti üç il üçün isə 2,5 faizdən 2,2 faizə enib.
Beləliklə, istehlakçıların növbəti bir il və üç il üzrə inflyasiya gözləntiləri 2022-ci ilin fevralından bəri ən aşağı səviyyəyə düşüb.
Regiondakı istehlakçıların 2023-cü ilin oktyabr ayında mənfi 1,3 faiz olan növbəti 12 aya dair iqtisadi artım gözləntiləri isə mənfi 1,2 faizə yüksəlib.
Gələn il işsizlik nisbətinin 11,1 faizə düşəcəyini gözləyən istehlakçılar 2023-cü ilin oktyabrında bu nisbətin 11,4 faiz olacağını proqnozlaşdırmışdılar.
Qeyd edək ki, sorğu Avrozona ÜDM-nin təxminən 85 faizini təşkil edən Almaniya, Fransa, İtaliya, İspaniya, Hollandiya və Belçikadan olan təxminən 14 min insanla müsahibə yolu ilə keçirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!