Avrozonada inflyasiyanın artım sürəti 1,5 ildən sonra zəifləyib | Banco.az

Avrozonada inflyasiyanın artım sürəti 1,5 ildən sonra zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada illik inflyasiya enerji və xidmət xərclərinin azalması ilə 1,5 ildə ilk dəfə zəifləyib.

Banco.az xəbər verir ki, Avropa Statistika Bürosunun (Avrostat) məlumatlarına görə, regionda noyabr ayı üzrə illik inflyasiya 10 faizə düşüb. Ötən ay isə bu göstərici 10,6 faiz olub.

Eksperlərin proqnozları da orta hesabla 10,4 faiz istiqamətində idi.

Xatırladaq ki, 2020-ci ildən sonra ilk dəfə Fransada inflyasiyanın artım sürətində zəifləmə qeydə alınır ki, bu da enerji xə xidmət sektoru üzrə xərclərin proqnozlardan aşağı gəlməsinə görə olub. Ölkədə ərzaq qiymətləri isə gözləniləndən baha qeydə alınıb.

İnflyasiya aylıq əsasda isə 0,1 faiz azalıb ki, proqnozlar 0,2 faiz artım istiqamətində idi.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Avrozonada inflyasiyanın 10 faizi keçməsi Avropa Mərkəzi Bankı (AMB) üzərindəki faiz təzyiqlərini daha da artırmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et