Avrozonada inflyasiya proqnozlara uyğun gəlməyib | Banco.az

Avrozonada inflyasiya proqnozlara uyğun gəlməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay Avrozonada inflyasiya illik 5,2 faiz səviyyəsində müəyyən edilib.

Banco.az xəbər verir ki, Avropa Statistika Təşkilatı (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın avqust ayı üzrə yekun inflyasiya məlumatlarını dərc edib.

Məlumatlar göstərir ki, region ölkələrində iyulda 5,3 faiz olan illik inflyasiya avqustda 5,2 faiz hesablanıb. Proqnozlar 5,3 faiz istiqamətində idi.

Sözügedən dövrdə Avrozonada aylıq inflyasiya isə 0,5 faiz təşkil edib.

Aİ-də iyulda 6,1 faiz olan illik inflyasiya avqustda 5,9 faiz olaraq təyin olunub.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 2022-ci ilin avqustunda inflyasiya Avrozonada 9,1 faiz, Aİ-də isə 10,1 faiz təşkil edirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et