Müəllif:Mehin Qasımova,Banco.az
OPEC 2050-ci il üçün qlobal enerji proqnozunu açıqlayıb.
Banco.az xəbər verir ki, OPEC-in hesabatına görə, əhali artımı və iqtisadi yüksəliş səbəbindən gələcəkdə qlobal enerji tələbatı artmaqda davam edəcək.
2050-ci ilə qədər dünya əhalisinin 9,7 milyarda çatacağı, qlobal iqtisadiyyatın isə ikiqat böyüyəcəyi gözlənilir. Bu fonda dünya enerji istehlakı 23 faiz artacaq. Neft və təbii qaz qlobal enerji bazarındakı liderliyini qoruyub saxlayaraq ümumi payın 54 faizini təşkil edəcək.
Hesabatda qeyd olunan digər mühüm məqamlar bunlardır:
Elektrik enerjisi: Qlobal elektrik istehsalı 85 faizdən çox artacaq və bu artımın böyük hissəsi Asiya ölkələrinin payına düşəcək.
Neft tələbatı: 2050-ci ildə qlobal neft tələbatı gündə 124,1 milyon barelə çatacaq. Tələb artımına ən böyük töhfəni gündəlik əlavə 8,1 milyon barellə Hindistan verəcək. İstehlakın artmasında yol nəqliyyatı, neft-kimya və aviasiya sektorları əsas rol oynayacaq.
Bazar payı: ABŞ-ın şist neft hasilatının tezliklə pik həddə çatacağı və daha sonra artımın məhdudlaşacağı gözlənilir. Bunun fonunda OPEC+ ittifaqı 2030-cu ildən sonra qlobal neft bazarındakı payını yenidən artıracaq.
