Avropanın ən böyük bankından Türk Lirəsi proqnozu | Banco.az

Avropanın ən böyük bankından Türk Lirəsi proqnozu

Avropanın ən böyük bankı HSBC, inkişaf edən ölkə valyutalarına dair hazırladığı hesabatında Türk Lirəsi (TL) ilə əlaqədar qiymətləndirmələrə də yer verib.

2021-ci il sonuna dollar/TL məzənnəsi üzrə proqnozunun 7,10 olduğunu bildirən Bank, tam bir normallaşma vəziyyətində məzənnənin 6,50 səviyyəsinə qədər geriləyə biləcəyini nəzərdə tutur.

HSBC, Türk Lirəsinə qarşı dollar satılması tövsiyəsini edib, 7,10 hədəf səviyyəsilə dollar/TL-də qısa mövqe açıb. Qiymətləndirmədə zərəri dayandır səviyyəsi olaraq 7,53 təyin olunub.

Xəbər verdiyimiz kimi, Hollandiyanın maliyyə qurumu "Rabobank" önümüzdəki aylarda dolar/TL məzənnəsinin 7 səviyyəsindən aşağı düşməsini gözləyir. 

Böyük Britaniyanın maliyyə şirkəti Barclays inflyasiyanın Türkiyədə 14% ətrafında qalacağını, 2021-ci ilin sonunda dollar/TL proqnozunun 8.40 lirə olduğunu açıqlayıb. Bankın analitikləri hesab ediblər ki, Türkiyə Mərkəzi Bankı məzənnənin 7 səviyyəsindən aşağı enməsinə imkan verməyəcək. 

Bu dəqiqələrdə Dollar/TL məzənnəsi 7,38 səviyyələrindədir. 

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram