Avropada yeni "köpük" təhdidləri | Banco.az

Avropada yeni "köpük" təhdidləri

Avropanın pul çap maşını tam gücü ilə işləyir. 60 milyard avro burda, 100 milyard avro orda, amma axı bunlar real pullardır. AMB (Avropa Mərkəzi Bankı) hansı köpükləri şişirir və bunlar nəyə gətirib çıxaracaq.

Bu ilin əvvəlində Avropa Mərkəzi Bankı ayda 60 milyard avro həcmində aktivlərin alınması ilə bağlı proqramı işə salıb, lakin maliyyə bazarlarında ilk turbolentiyik əlamətləri görünən kimi proqramın may və iyunda daha da genişlənməsi haqqına məlumat verildi. Beləliklə, Frankfurtda yenicə çapdan çıxmış pulların həcmi ayda yüz milyard avroya çatdırılacaq.

Təbii ki, alimlər və iqtisadçılar QE (maliyyə yumşalmasının) iqtisadi inkişafdakı rolunu hələ uzun illər müzakirə edəcək və ola bilsin ki sonda yekun nəticəyə gələ bilməsinlər. Ola bilsin ki, yekunda iqtisadiyyat resessiyaya uğrasın, ya da artıma doğru getsin, amma bu gələcəyin işidir, tarix isə indi yazılır. Hələ ki biz QE-nin aktivlərin qiymətinin artımına  gətirib çıxardığını görürük.

Mario Draqinin fəaliyyətinin bəhrəsini artıq bütün Avrozona ərazisində müşahidə etmək olar. Müxtəlif növ köpüklər isə bu fəaliyyət sahəsində xüsusi seçilir.

MarketWatch nəşri yazır ki, artıq İspaniyada tikinti sektorunda dirçəlmə hiss olunur, Dublində isə yaşayış mənzillərinin qiyməti sürətlə artır, Almaniyada əməkhaqqılarda əhəmiyyətli dərəcədə artım müşahidə olunur, Malta isə bütünlüklə “qaynar pullar” dalğasındadır, Portuqaliyanın fond aktivləri isə dünyadakı ən yaxşı dinamikalardan birinə sahibdir. Daha asan dillə desək, bəzi investorlar üçün artıq QE magiyası tam gücü ilə gerçəkləşməkdədir.

Belə görünür ki, AMB-nin rəhbəri Mario Draqinin başqa çıxış yolu qalmayıb və o, dişlərini sıxaraq, 2015-ci ilin əvvəlində özünün aktivlərin alınması proqramını işə salır. Həqiqətən də Avrozona deflyasiyaya uğrayır, iqtisadiyyat zəifləyir, işsizlik isə bir çox ölkələrdə artmaqda davam edirdi.

Beləliklə, AMB tərəfindən çap edilən pullar aktivlərin qiymətini partlama həddində çatdırır. Aşağıda adlarını saydığımız 5 baza isə yeni likvidlik dalğasının əsas benefisiarı olan  ölkələri təqdim edirik.   

İspan inşaatı

Hələ bir neçə il əvvəl ispanların daşınmaz əmlak bazarı bumundan sonra özlərinə gəlməyə çalışdığı haqda yazılar oxuyurduq. Həmçinin deyilirdi ki, bəzi mikrorayonlardakı binalar boş-boş qalır və həmin yerlərə gündə bir təyyarə reysi ola ya olmaya. Lakin indi bu bazar yenidən vüsət alıb və illik müqayisədə inşaatın həcmi 12% artıb, sementdən istifadə isə 8% çoxalıb.

Dublində daşınmaz əmlak

Ən sərfəli kredit üçün müraciət et

Böhrandan əvvəl İrlandiyada daşınmaz əmlak bazarının sürətli artım dinamikası göstərdiyini demək olmaz, amma ki sonrakı eniş İrlandiyada başqa bir yerlə  müqayisədə daha dramatik oldu. Amma İrlandiya böhran  sonra kifayət qədər tez toparlandı və ölkədə evlərin qiyməti təxminən 16% yüksəldi. Dublində isə bu rəqəm 22-yə çatdı. Başqa sözlə desək, çap maşını İrlandiya daşınmaz əmlak bazarını növbəti buma yaxınlaşdırdı. Ona görə də qiymətlər artmağa davam etsə təəccüblənməyə dəyməz.

Almanların əməkhaqqıları
Avropada ən güclü iqtisadiyyata malik ölkə statusuna malik olmasına baxmayaraq, almanların əməkhaqqıları son 10 ildə demək olar ki artmırdı. Amma indi situasiya dəyişir.  Ayrı –ayrı sektorun işçiləri artıq  3-4 faiz civarında əməkhaqqı artımına nail olublar, hərçənd ki ölkədə deflyasiya təhlükəsi qalmaqda idi. Hal-hazırda dəmiryol işçiləri də tətil edir və onlar 5%-lik əməkhaqqı artımı istəyirlər. Ekspertlər hesab edir ki, ilin sonuna əməkhaqqılar ölkə üçün rekord həddə yüksələcək.   

Malta

Aralıq dənizində yerləşən balaca ada, belə gözlənir ki, bu il Avropa İttifaqında ən sürətli artım tempini nümayiş etdirəcək. Əlbəttə ki, mənzil qiymətləri Dublindəki temp ilə artmır, amma buna rəğmən  artım 10% həndəvərindədir – avro zona üçün ən yüksək göstərcilərdən biridir. Bəzi yerli banklar balans hesabının 40% artımı haqqında məlumat yayır. Çətin ki, bu Malta iqtisadiyyatını daha rəqabətə davamlı etsin, çox güman ki, o getdikcə yeni Kiprə çevrilir və bütün yeni çap olunmuş pullar bu vergidən uzaq limana axıdılır.

Portuqaliyada səhmlər
Maliyyə yardımı almasından cəmi 4 il sonra Portuqaliya haqqında xoş nəsə demək həqiqətən də çətindir Analitiklər iqtisadi artım tempini 1,6% həcmində proqnoz edir, ötən ilə nisbətən cüzi yaxşı. İşsizlik yüksək olaraq qalır – 13%. Fon bazarında isə vəziyyət fərqlidir. PSI indeksi ilin əvvəlindən bəri 25% ətrafında göstərici ilə dünyadakı ən yaxşı dinamikalardan birini nümayiş etdirir.  

Həqiqətən də Mərkəzi banklar istənilən qədər pul çap edə bilər, amma istənilən halda onlar pulun konkret harada istifadə olunacağını öncədən deyə bilməz: əməkhaqqı olacaq bu ya bir başqa şey. Bir şey aydındır ki, Draqinin hərəkətləri növbəti köpüklərin şişməsinə doğru aparır. Aktivlərin qiymətinin artması investorları sevindirməyə bilməz, amma doğrudanmı bu real iqtisadiyyatın artımına kömək edəcəkmi.