Müəllif - Aida İsaq, Banco.az
Avropa Parlamenti istixana qazlarının emissiya dəyəri əsasında idxalın müəyyən edilməsi haqqında qanunu təsdiqləyib.
Banco.az xəbər verir ki, karbon emissiyalarına görə vergi ödənişlərinin tətbiqi 2026-cı ildən start götürəcək. Parlament, həmçinin 2026 və 2034-cü illər arasında pulsuz karbon emissiyası icazələrini mərhələli şəkildə ləğv edən qanunu təsdiqləyib.
Qeyd edək ki, Aİ-nin istixana qazı emissiya dəyərlərinə əsaslanaraq idxalı vergiyə cəlb etmək planları xüsusilə ABŞ-da yerləşən istehsalçıları narahat edir. Çünki bunun bürokratiyanı artıraraq Avropaya ixracı azalda biləcəyini düşünürlər.
Bizi sosial şəbəkələrdən izləyin!!