Həyatın yaşam sığortasına yatırımlar yarım milyard manatı ötüb | Banco.az

Həyatın yaşam sığortasına yatırımlar yarım milyard manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında həyatın yaşam sığortası üzrə 510 milyon 170 min manat sığorta haqqı yığılıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 14% və ya 62 milyon 562 min manat çoxdur.

Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 120 milyon 777 min manat və ya 32,7% artaraq 490 milyon 347 min manata çatıb.

Qeyd edək ki, 2025-ci ilin eyni dövründə yaşam sığortası üzrə yığımlar 447,6 milyon manata, ödənişlər isə 369,6 milyon manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram