Müəllif:Mehin Qasımova,Banco.az
Səyahət jurnalı "Time Out" 2026-cı il üçün dünyanın ən yaxşı gecə həyatına malik şəhərlərin reytinqini açıqlayıb.
Banco.az xəbər verir ki, reytinq dünyanın 150 şəhərində 24 mindən çox yerli sakinin iştirakı ilə keçirilən sorğunun nəticələri əsasında hazırlanıb. İştirakçılar şəhərlərin gecə həyatını əlçatanlıq, canlılıq, müxtəliflik və təhlükəsizlik meyarları üzrə qiymətləndiriblər.
Siyahının ilk pilləsində Taylandın paytaxtı Banqkok qərarlaşıb. Şəhər sakinlərinin 73 faizi Banqkokun gecə həyatını yüksək qiymətləndirib.
İlk onluqda Avropadan daha iki şəhər yer alıb. Brayton səkkizinci, Amsterdam isə onuncu pillədə qərarlaşıb. Brayton güclü icma hissi, inklüzivliyi və canlı atmosferinə görə yüksək qiymətləndirilib. Amsterdam isə şəhər mərkəzindəki gecə həyatı və 2026-cı ildə WorldPride tədbirinə ev sahibliyi etməsi ilə diqqət çəkib.
"Time Out"un 2026-cı il üzrə dünyanın ən canlı gecə həyatına malik şəhərlərinin ilk 10-luğu:
- Banqkok, Tayland
- Berlin, Almaniya
- Nyu-York, ABŞ
- Melburn, Avstraliya
- San-Paulu, Braziliya
- Medellin, Kolumbiya
- Yohannesburq, Cənubi Afrika
- Brayton, Birləşmiş Krallıq
- Pekin, Çin
- Amsterdam, Niderland
