Dünyada ən bahalı internet hansı şəhərlərdədir? | Banco.az

Dünyada ən bahalı internet hansı şəhərlərdədir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ildə internetin ən bahalı olduğu şəhər BƏƏ-nin Əbu-Dabi şəhəri olub. Burada aylıq internetin qiyməti 102 dollar təşkil edib.

Banco.az Deutsche Bank-ın 2025-ci il hesabatına əsasən xəbər verir ki, hesabatda 60 Mbps və daha yüksək sürətə, limitsiz internet paketinə malik kabel/ADSL xidmətlərinin aylıq qiymətləri müqayisə edilib.

Dubay 101 dollarla ikinci, Qətərin paytaxtı Doha isə 87 dollarla üçüncü yerdə qərarlaşıb.

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində aylıq internetin qiyməti 76 dollar olub. ABŞ şəhərləri arasında isə Boston 72 dollar, Los-Anceles 70 dollar, San-Fransisko 67 dollar və Çikaqo 66 dollarla seçilib.

Nyu-Yorkda aylıq internetin qiyməti 63 dollar, İsveçrənin Cenevrə şəhərində də 63 dollar təşkil edib. Siyahıda daha aşağı qiymətlər isə Melburn və Amsterdam kimi şəhərlərdə qeydə alınıb:

  1. Əbu-Dabi - 102 dollar
  2. Dubay - 101 dollar

  3. Doha - 87 dollar

  4. Ər-Riyad - 76 dollar

  5. Boston - 72 dollar

  6. Los-Anceles - 70 dollar

  7. San-Fransisko - 67 dollar

  8. Çikaqo - 66 dollar

  9. Cenevrə - 63 dollar

  10. Nyu-York - 63 dollar

  11. Vankuver - 61 dollar

  12. Lüksemburq - 59 dollar

  13. Sürix - 58 dollar

  14. Dublin - 57 dollar

  15. Brüssel - 56 dollar

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram