"Wi-Fi" hansı ölkələrdə daha sürətlidir? | Banco.az

"Wi-Fi" hansı ölkələrdə daha sürətlidir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin iyul ayında sabit genişzolaqlı internetin sürətinə görə dünya ölkələri arasında birinci yeri Sinqapur (451.14 Mbps) tutub.

Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən xəbər verir ki, ötən ay BƏƏ (382.87 Mbps) ikinci, Çili (380.93 Mbps) üçüncü olub.

151 ölkə arasında sonuncu yerdə Əfqanıstan (5.29 Mbps) qərarlaşıb. Azərbaycan isə bu siyahıda 81-ci (92.52 Mbps) olub. 

Genişzolaqlı internetin ən sürətli olduğu 10 ölkə bunlardır (İyul, 2026):

  1. Sinqapur – 451.14 Mbps
  2. BƏƏ – 382.87 Mbps
  3. Çili – 380.93 Mbps
  4. Honkonq (Çinin xüsusi inzibati rayonu) – 358.61 Mbps
  5. Fransa – 336.30 Mbps
  6. Makao (Çinin xüsusi inzibati rayonu) – 320.74 Mbps
  7. Vyetnam – 307.11 Mbps
  8. ABŞ – 304.54 Mbps
  9. İslandiya – 302.82 Mbps
  10. Tayvan – 297.37 Mbps​​​

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram