Avropa Mərkəzi Bankı Avrozonaya inflyasiya xəbərdarlığı edib | Banco.az

Avropa Mərkəzi Bankı Avrozonaya inflyasiya xəbərdarlığı edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankı (ECB) Avrozona üçün inflyasiya xəbərdarlığı yayımlayıb.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard Brüsseldə keçirilən Avropa Parlamentinin (AP) İqtisadi və Maliyyə Məsələləri Komitəsinin Monetar Dialoq adlı sessiyasında çıxış edib.

"Dünya sürətlə artan çətinliklərlə dolu bir dövrə qədəm qoyub", - deyən Laqard qlobal iqtisadiyyatdakı gərginliklər nəticəsində yeni geosiyasi mənzərənin meydana gəldiyini dilə gətirib.

Laqard iqlim böhranının də sürətlənməkdə davam etdiyini, bunun tez-tez və görünməmiş təbii fəlakətlərə səbəb olduğunu, ekstremal hava hadisələrinin qlobal iqtisadiyyatda əks olunan tədarük şoklarına səbəb olmaqla mövcud çətinlikləri daha da pisləşdirdiyini bəyan edib.

Laqard həmçinin mərkəzi bankların ardıcıl fəaliyyət göstərməsinin vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə, Avrozonada iqtisadi aktivlik son rüblərdə durğunluq nümayiş etdirib və ilin qalan hissəsində zəif qalacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Avrozonada real ümumi daxili məhsulun (ÜDM) üçüncü rübdə 0,1 faiz azaldığını xatırladan Laqard bu vəziyyətin yüksək faiz dərəcələrinin, zəif xarici tələbin və Kovid-19 pandemiyasından sonra iqtisadiyyatın yenidən bərpası sürətinin azalmasının əksi olduğunu bildirib.

Qısamüddətli perspektivin zəif olduğuna diqqət çəkən Laqard qeyd edib ki, inflyasiyanın daha da azalması, ev təsərrüfatlarının gəlirlərinin bərpası və Avrozona ixracına tələbatın artması ilə iqtisadiyyatın gələcək illərdə yenidən güclənəcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et