Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Yaponiya parlamenti 2024-cü maliyyə ili üçün 112,5 trilyon yen nəzərdə tutulan (744 milyard dollar) büdcəni qəbul edib.
Banco.az xarici mediaya istinadla bildirir ki, Yaponiya maliyyə naziri Suzuki Shukiçi öz bəyanatında büdcənin təxirə salınması mümkün olmayan təcili problemlərin öhdəsindən gəlməyi hədəflədiyini bildirib.
Digər tərəfdən, Yaponiyada açıqlanan məlumatlara görə, Tokio İstehlakçı Qiymətləri İndeksi (CPI) illik bazda 2.6 faiz, CPI isə 2,4 faiz artıb.Ölkədə sənaye istehsalı fevral ayında 0,1 azalma ilə gözləntilərin altında nəticə göstərib, işsizlik nisbəti isə 2.6 faiz olub.Birjalar bağlanmaya yaxın Yaponiyada Nikkei 225 indeksi 0,4 faiz, Cənubi Koreyada Kospi indeksi 0,1 faiz, Çində Şanxay kompozit indeksi isə 0,6 faiz dəyər qazanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!