Argentinanın mərkəzi bankı əsas faiz dərəcəsini kəskin azaldıb | Banco.az

Argentinanın mərkəzi bankı əsas faiz dərəcəsini kəskin azaldıb

Müəllif:Mehin Qasımova/Banco.az

Argentinanın mərkəzi bankı əsas faiz dərəcəsini kəskin azaldıb.

Banco.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Məlumata görə, hakimiyyət orqanları iqtisadiyyatda inflyasiya templərinin aşağı düşməsinə nəzarəti davam etdirir. Ölkədəki mövcud likvidlik vəziyyəti, aşağı inflyasiya gözləntiləri və hökumətin fiskal lövbəri nəzərə alınaraq, əsas faiz dərəcəsi 40%-dən  35%-ə endirilib. İstiqraz faizləri də 45%-dən  40%-ə endirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əvvəl Mərkəzi Bank mayın ortalarında kreditlərin dəyəri 133%-dən  40%-ə  endirilən yumşaldıcı siyasət həyata keçirib.

Hazırkı prezident Xavyer Milinin rəhbərliyi altında aylıq inflyasiya dekabrda 25,5%-dən  sentyabrda 3,5%-ə düşüb. Analitiklər oktyabrda inflyasiyanın daha da aşağı düşəcəyini gözləyirlər.

Avqustda illik qiymət artımı 236,7%-ə çatıb.

Ən sərfəli krediti almaq üçün müraciət et