Müəllif:Ayşən İmanova/Banco.az
Dünyanın ən böyük ödəniş sistemlərindən birinin operatoru olan Amerikanın “Mastercard” şirkəti üçüncü rübdə xalis mənfəətini 2% artırıb.
Banco.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.
Bildirilir ki, iyul-sentyabr aylarında xalis mənfəət əvvəlki ilin eyni dövründəki 3,198 milyard dollarla müqayisədə 3,263 milyard dollar təşkil edib. Gəlir 13% artaraq 7,369 milyard dollara çatıb.
Ötən rübdə dünya üzrə “Mastercard” kartlarından istifadə etməklə ümumi ödəniş həcmi yerli valyutalarda 10% (2,5 trilyon dollara qədər), transsərhəd əməliyyatların həcmi isə 17% artıb.
“Mastercard” səhmləri 1,5% ucuzlaşıb. Şirkətin bazar dəyəri bu ilin əvvəlindən təxminən 18% (475 milyard dollara qədər) artıb.