ARDNF ötən il valyuta məzənnələrinin dəyişməsinə görə 1 milyard dollara yaxın xərc çəkib | Banco.az

ARDNF ötən il valyuta məzənnələrinin dəyişməsinə görə 1 milyard dollara yaxın xərc çəkib

2018-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 17 614,1 milyon manat, büdcə xərcləri isə 11 455,6 milyon manat təşkil edib.

Ötən il ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 17 433,0 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 16 645,6 milyon manat, bonus ödənişləri 765,2 milyon manat, akrhesabı ödənişləri 4,1 milyon manat, tranzit gəlirləri 18,1 milyon manat olub. Fond vəsaitinin idarə olunmasından isı 181,1 milyon manat gəlir əldə edib.

Hesabat dövründə ARDNF-nin 2018-ci il büdcəsinin icrası çərçivəsində 10 959,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 200 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 90 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 176,1 milyon manat vəsait ayrılıb. 7,2 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. 2018-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 23,3 milyon manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 1 557,3 milyon manat olub.

Ötən il Fondun aktivləri 7,56% artaraq bu il yanvarın 1-nə 38 515,2 milyon ABŞ dollarına bərabər olub. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri hesabına baş verib. 

Report.az