Aralıq dənizi ölkələri turistlər üçün pandemiya şəraitində hansı tədbirləri görür? | Banco.az

Aralıq dənizi ölkələri turistlər üçün pandemiya şəraitində hansı tədbirləri görür?

Tamara Mustafayeva, Banco.az

Məlum olduğu kimi, hazırda Aralıq dənizi ölkələri yay turizm mövsümü üçün hazırlıq mərhələsini başa çatdırmaq üzrədir. Odur ki, bu ölkələr xaricdən gələn turistlərin virusun yayılmasını daha da şiddətləndirməməsi üçün müvafiq tədbirlər görməyə başlayıb.

İtaliya Avropa İttifaqı ölkələri, Şengen regionu, Böyük Britaniya və İsraildən gələcək turistlərin koronavirus testləri (PCR testi) mənfi çıxacağı təqdirdə ölkəyə daxil olması zamanı heç bir məcburi karantin müddəti tətbiq etməyəcəyini açıqlayıb.

Colosseum in rome and morning sun, italy Premium Photo

Bununla yanaşı, ölkə daxilində yoluxma göstəricisinə görə regionları ağ, sarı, narıncı və qırmızı rəngli dörd bölgəyə ayıran İtaliya sözügedən bölgələrin hər birində fərqli məhdudiyyətlər tətbiq edir. Əksər istirahət məkanlarının yerləşdiyi sarı bölgələrdə insanlara saat 05:00 və 23:00 aralığında küçəyə çıxma icazəsi verilir, həmçinin bu əsnada bar və restoranlar, çimərlik və muzeylər də yerində xidmət göstərir.

İspaniya isə risk faktorunun yüksək olduğu bölgələrdə hələ də karantin tədbirlərini davam etdirərkən, Kanar Adaları, Navarra muxtar regionu, Valensiya şəhəri və Balear adaları kimi ərazilərdə axşam küçəyə çıxma qadağası tətbiq edilir.

Aerial view of port vell, barcelona, catalonia, spain Premium Photo

Yunanistan da öz növbəsində bir çox məhdudiyyətləri ləğv etməsinə baxmayaraq saat 00:30 və 05:00 aralığında küçəyə çıxma qadağası hələ də davam edir. Yay tətilini bu ölkədə keçirmək istəyənlər bir gün əvvəldən sərnişin yerləşdirmə formu doldurmalı, koronavirus testinin mənfi olduğuna dair sənəd və ya peyvənd sertifikatı təqdim etməlidirlər.

Ən sərfəli kredit üçün müraciət et

Night old harbour of heraklion, crete, greece Premium Photo

Vaksinasiya prosesini xüsusən turistlərin böyük marağına səbəb olan adalarda daha sürətlə həyata keçirən Yunanistan 32 adada bu prosesin başa çatdığını və may ayının sonunadək 10 min əhalisi olan bir neçə adanın sakinlərinin peyvənd olunacağını bildirib.

Türkiyədə isə turizm işçilərinin vaksinasiya prosesi davam edərkən, ölkə vətəndaşları üçün tətbiq edilən küçəyə çıxma qadağası turistlərə şamil edilmir.

Magnificent dawn with hot air balloons. Premium Photo

Xatırladaq ki, Yunanistan, İtaliya və İspaniya İngiltərənin yayımladığı müvafiq siyahılarda narıncı bölgədə qeyd edilsə də, Türkiyə qırmızı bölgəyə daxildir. Belə ki, qırmızı bölgədəki yerlərə səyahət edənlər geri qayıtdıqda oteldə ödəniş müqabilində karantin müddəti keçirməklə 2 ədəd PCR testi verməlidirlərsə, narıncı bölgəyə daxil olan ölkələrdən qayıdanlar üçün təkcə ev karantini kifayət edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram