Apple avtomobil istehsalı üzrə bu tanınmış şirkətlə əməkdaşlığa hazırlaşır | Banco.az

Apple avtomobil istehsalı üzrə bu tanınmış şirkətlə əməkdaşlığa hazırlaşır

Tamara Mustafayeva, Banco.az

Apple avtomobil istehsalı üzrə Hyundai şirkəti ilə əməkdaşlığa hazırlaşır.

Banco.az xarici mətbuta istinadla bildirir ki, Hyundai Motor şirkəti açıqlama edərək Apple firması ilə avtomobil istehsalı üzrə əməkdaşlıq üçün danışıqlara başladıqlarını, ancaq hələ ki, müəyyən qərar əldə edilmədiyini elan edib.

Hyundai Motor şirkəti digər bir açıqlamasında həmçinin başqa şirkətlərin də elektromobil istehsalı üzrə əməkdaşlıq üçün şirkətə müraciət etdiyini bildirib.

Xatırladaq ki, ötən məqalələrimizdən birində texnologiya nəhəngi Apple firmasının elektromobil bazarına daxil olacağını elan etməsini xəbər vermişdik. Şirkətin tədarükçü firması Foxconn da Çinə məxsus elektromobil istehsalçısı Byton şirkətinə "M-Byte" modelinin 2022-ci ilin ilk rübünədək istehsalına başlanması üçün 200 milyon dollarlıq sərmayə qoyacağını elan etmişdi.

Onu da qeyd edək ki, avtomobil bazarına daxil olmaq istəyən digər texnologiya şirkəti LG Electronics isə elektromobil istehsalı üzrə Kanadanın Manga International şirkəti ilə müqavilə imzalayaraq yeni əməkdaşlığa başlamağı planlaşdırdıqlarını açıqlayıb.

Həmçinin oxu: Apple bu tarixdə avtomobil istehsal edəcək

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram