1. Barak Obamanın ilk prezidentliyi dövründə federal hökumət əvvəlki prezidentlərlə müqayisədə daha çox borc toplamışdı.
2. 1970-ci ildə ABŞ borclarının ümumi məbləği (hökumət, biznes, istehlak) ən az 2 trilyon idi. Bu gün bu rəqəm 56 trilyondan çoxdur.
3. 2001-ci ildən 63000-dən çox istehsal müəssisəsi bağlanmışdır.
4. XX əsrin ortalarında ABŞ əhalisinin 80 faizi işləyirdi. İndi isə bu rəqəm əhalinin 65 faizini təşkil edir.
5. Amerikada mülkədarların sayı son 18 illə müqayisədə çox aşağıdır.
6. Amerikalıların 40 faizi dövlət proqramları tərəfindən maliyyələşən rezidentlərdə yaşayırlar.
7. Federal hökumət 83-ə yaxın müxtəlif xeyriyyə proqramı təşkil edir. 108,2 milyon amerikalı bunların ən azı birindən istifadə edir. Bu isə ümumi əhalinin 35 faizini təşkil edir.
8. 1967-ci ildən bəri hər 20 amerikalıdan biri federal sağlıq sığortası ilə təmin edilir. Bu gün 6 amerikalıdan biri bu sığortanı alır. (57,4 milyon). Səhiyyə ilə bağlı islahat nəticəsində 13 milyon amerikalı əlavə olunması gözlənilir.
9. Təxminən 28 milyon Sosial Müdafiə imtiyazına malik amerikalı var. 2035-ci ilə qədər bu rəqəmin 91 milyona qədər artmağı planlaşdırılır.
10 . Bu gün Amerikada əlilliyə görə sosial müavinət alan insanların sayı Yunanıstanın bütün əhalisindən çoxdur.
11. Mayamidə bütün uşaqların 45 faizi, Klivlenddə 50 faizi, Detroitdə 60 faizi yoxsulluq şəraitində yaşayır.
12. 1 milyondan çox ictimai məktəblərin şagirdləri evsizdir. Belə bir hadisə indiyə qədər baş verməmişdi.