"Amazon" 1 milyard avroluq nəhəng investisiya qoyuluşuna hazırlaşır | Banco.az

"Amazon" 1 milyard avroluq nəhəng investisiya qoyuluşuna hazırlaşır

Tamara Mustafayeva, Banco.az

E-ticarət sektorunun aparıcı şirkətlərindən biri olan "Amazon" 1 milyard avroluq nəhəng investisiya qoyuluşuna hazırlaşır.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi Avropadakı paylayıcı donanmasını elektrikləşdirmək üçün beş il ərzində 1 milyard avro xərcləyəcəyini açıqlayıb.

İnvestisiya Avropadakı avtomobil donanmasına əlavə olaraq 10 min elektrik mikroavtobusu və 1500 elektrikli ağır nəqliyyat vasitəsinin alınmasına sərf olunacaq. Şirkət 2040-cı ilə qədər xalis sıfır karbon emissiyasına nail olmağı hədəflədiyini bildirib.

"Nəqliyyat şəbəkəmizi karbondan təmizləmək və xalis sıfır karbon hədəfimizə nail olmaq üçün əhəmiyyətli və davamlı investisiyalar tələb olunacaq", - deyə "Amazon"un CEO-su Endi Jassi bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et