Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) bu ay “Euro-5” ekoloji standartlarına uyğun avtomobil benzininin istehsalına başlamağı planlaşdırır.
Bir çoxları düşünür ki, bu digər markalı benzinin qiymətinə təsir edə bilər.
Banco.az xəbər verir ki, məsələyə münasibət bildirən iqtisadçı Natiq Cəfərli bildirib ki, bazara yeni benzin növü daxil olsa da, bunun digər markalı benzinin qiymətində dəyişikliyə səbəb olacağını düşünmür:
“Azərbaycanda premium (Aİ-95) markalı benzinin qiyməti ucuzlaşmalıdır. Çünki o markada benzini xaricdən alırıq. Neftin qiyməti 120 dollara yaxın olanda onun qiyməti 2 manata qaldırıldı.İndi həmin qiymət 30-40 faiz ucuzlaşıb, amma bizdə yenə də premium markalı benzin bahadır. Azərbaycan premium markalı benizini əsasən Rumınyadan alır. Əgər yerli istehsal başlanılsa, Aİ-95 markalı benzinin qiymətində ucuzlaşma ola bilər”.
Bizi sosial şəbəkələrdən izləyin!!