ABŞ kibertəhlükəsizliyə dair yeni proqram elan edib | Banco.az

ABŞ kibertəhlükəsizliyə dair yeni proqram elan edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ hökuməti kibertəhlükəsizliyə dair yeni proqramını elan edib.

Banco.az xəbər verir ki, ABŞ administrasiyası kiberhücumlara qarşı daha təhlükəsiz smart cihazları müəyyən etmək üçün “Amazon”, “Best Buy”, “Google”, “LG Electronics USA”, “Logitech” və “Samsung Electronics” kimi şirkətlərlə Kiber Təhlükəsizlik Yarlıq Proqramını açıqlayıb.

Ağ Evdən yayılan bəyanatda amerikalı istehlakçılara daha təhlükəsiz və kiberhücumlara daha az həssas olan smart cihazları daha asan seçməyə kömək edəcək yeni proqramın təfərrüatları paylaşılıb.

Kiber İnam İşarəsinin (Cyber ​​​​Trust Mark) köməyilə soyuducu, mikrodalğalı soba, televizor, iqlim nəzarət sistemləri, fitnes cihazları kimi geniş istifadə olunan smart cihazlarda kibertəhlükəsizlik zolağının güclədiriləcəyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram