ABŞ-ın müflis olma riski daşıyan bankı kapital həcmini 1 milyard dollardan çox artırıb | Banco.az

ABŞ-ın müflis olma riski daşıyan bankı kapital həcmini 1 milyard dollardan çox artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın regional banklarından biri olan “New York Community Bank” (NYCB) kapitalını 1 milyard dollardan çox artırdığını açıqlayıb.

Banco.az xəbər verir ki, bankın bəyanatında “Liberty”, “Hudson Bay”, “Reverence”, “Citadel” və digər institusional investorların və “New York Community Bank” rəhbərliyinin müəyyən üzvlərinin 1 milyard dollardan çox sərmayə qoyacağı açıqlanıb.

Bildirilib ki, sözügedən sərmayə sənədləşmənin tamamlanmasından və etibarlı tənzimləyici təsdiqlərin alınmasından sonra həyata keçiriləcək.

Qeyd edək ki, ötən ilin son rübündə gözlənilməz zərər elan etdikdən sonra problemlərlə üzləşən bankın kapitalını 1 milyard dollardan çox artırdığını elan etdikdən sonra bərpa olunan səhmləri Bakı vaxtı ilə 00:30-a olan məlumata görə, təxminən 5 faiz dəyər qazanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et