ABŞ-ın İrana qarşı yeni sanksiya mesajları ölkənin pul vahidi Rialın (Tümən) dəyərdən düşməsinə səbəb olur.
İnkişaf etməkdə olan ölkələrə dair təhlilləri və valyuta məzənnəsi təxminləri ilə tanınan "John Hopkins" universitetinin müəllimi professor Stiv Hankeyə görə İran Rialı "ölüm burulğanına" girib.
Hanke, "Rial, klassik bir ölüm burulğanına girib",- deyib.
Sanksiyaların Avqust ayında qüvvəyə minəcəyi xofu Rialın kəskin dəyərdən düşməsinə səbəb olur. Bazar günü qara bazarda 1 dolların dəyəri 100.000 Rial (10 min tümən) səviyyəsini aşıb.
Dollar/rial məzənnəsi 102.000-i aşaraq bütün zamanların ən yüksək səviyyəsini görüb. Bir günlük dəyər itkisi 12,5 faiz olub.
İranda Rialın dollar qarşısında dəyər itirməsinin qarşısının alınması üçün rəsmi olaraq dollar 42 min riala sabitlənmişdi. Lakin qara bazarda Rial dəyərdən düşür. İranlılar dəyərdən düşən rialı əldən çıxarırlar.