7 HİYLƏ - Müştərilərin üzərindən qazanmaq üçün banklar hansı yollara əl atır? | Banco.az

7 HİYLƏ - Müştərilərin üzərindən qazanmaq üçün banklar hansı yollara əl atır?

Hər bir biznesin əvəzolunmaz məqsədlərindən biri özünü daha gəlirli etməkdir. Bank sahəsi də bu məqsəddən yan qaçmayıb. 

Banco.az saytı bankların müştərilər üzərində necə qazandığını və müqavilələrin oxunmalı olduğu ən vacib punktlarını araşdırıb.

1. Yalan vədlər

Yəqinki çoxlarınız elektron avadanlıqların satışı ilə məşhur olan bir sıra mağazaların üzərində  “İlkin ödənişsiz, illik 0% li kreditlə ” tipli yazıları görmüş və böyük “sıfır” rəqəminin ovsunlayıcı təsiri altına düşmüsüz. Yalnız bu heç də o demək deyil ki, hər bir alıcıya məhsul kreditlə alındıqda pulsuz başa gələcək.

Ümumiyyətlə bu tip kredit şərtləri hər məhsula aid olmur. Aid olunan məhsulları isə yalnız müəyyən faizli sığorta haqqı ödənilməsi şərtilə əldə etmək olur. Bir halda ki, menecerin gəliri, bankın - sizin üzərinizdən nə qədər qazanacağından asılıdır.

QEYD: Ümumiyyətlə pərakəndə satış şəbəkələrində sərfəli kredit mövcud deyil. Ona görə də kredit kartlarına və istehlak kreditlərinə müraciət edib, məhsulu nəğd almaq daha sərfəlidir.

2. Həddindən artıq sərfəli təklif!

Bankla əməkdaşlığın faydaları haqqda təsnifat  bir qayda olaraq müştərini cəlb edən olsa da, həqiqətdə hər şey öz əksini tamam fərqli göstərir. Buna misal  olaraq  aşağı faizlər vəd edən reklamları nümunə gətirmək olar.

QEYD:  Gözəl bukletlər və reklam vədlərinə inanmaq olmaz. Ən əsas da kredit və ya kart rəsmiləşdirməzdən öncə müqavilənin bütün şərtlərilə yaxından tanış olmaq lazımdır.

3. Gizli ödənişlər

 Bank hiylələrinin əsası müştərilərin  güvəni üzərində qurulur və onların yetərincə məlumatlı olmamaları sayəsində formalaşır.  

Məsələn, qanunda kredit hesablarının açılması müqabilində komissiya haqqı təyin olunmadığı halda, bir sıra banklar və kredit təşkilatları komissiya haqqını müqaviləyə daxil edir ki, bu da cari kreditin illik 1-3% bahalaşmasına gətirib çıxarır. Bəzən isə müştəri komissiya haqqında krediti bağladığı an xəbərdar olur ki, buda müştəri – bank  münasibətlərində anlaşılmazlıqlara gətirib çıxara bilər. Ən pis halda isə müştəri bundan xəbərsiz qalar və ödənilməmiş komissiyasının üzərinə faizlər artırar.

QEYD: Krediti rəsmiləşdirdiyiniz kredit mütəxxəssisindən bütün şərtləri ən xırda detalınadək araşdırın və ondan bütün komissiyalar daxil olaraq aylıq nə qədər ödəməli olduğunuzu dəqiqləşdirin.

4. Cərimə sanksiyaları

Faizlər demişkən, istisnasız olaraq bütün kredit təşkilatları ödənişin gecikməsi üzrə cərimə sanksiyaları həyata kecirir. Yalnız ödəyicilərin çoxu bilmirki cərimələr təkcə aylıq ödəniş məbləğinə görə yox, ümumi borc məbləğinə görə təyin oluna və üzərinə faiz olaraq gələ bilər.

Ən sərfəli kredit üçün müraciət et

QEYD:  Kredit rəsmiləşdirdiyiniz zaman kredit mütəxəssisindən gecikdirmə halında yaranacaq şərtlər haqqında dəqiq məlumat alın. Yalnız bunu elə edinki, mütəxəssis sizə kredit rəsmiləşdirmək fikrindən daşınmasın.

5. Sığorta

Əksər kredit təşkilatları müştəriləri sığorta rəsmiləşdirmələri üçün təkid edirlər. Bu halda banklar öz risklərini azaldırlar. Beləki müştəri öz həyatını və ya həyatını sığortalayıbsa, ve sığorta hadisəsi kreditin borcu bağlananadək baş verərsə, bank - borcu sığorta şirkətindən alır. Və bu da yenə özünü kreditin bahalaşmasında biruzə verəcək. Əlbəttə ki, sığortadan imtina etmək mümkündür. Yalnız o zaman da, bank krediti verməyə də bilər.

Qeyd: Qanuna əsasən sığorta ilə razılaşmaq və ya razılaşmamaq  tamamən sizdən asılıdır. Beləki, siz ondan imtina da edə bilərsiz.

6. Kreditin ödənilməsi

Hər bir müştəri üçün ən sevincli günlərdən biri kreditin tamamilə ödənildiyi gündür. Yalnız bu sevinc böyük bir dəhşətə də çevrilə bilər. Çünki siz borcunuzun tamamilə bağlandığını zənn etdiyiniz halda bu həqiqət olmaya da bilər.

Məsələn, siz kreditinizi vaxtından əvvəl - kreditiniz üzrə faiz hesablanmadan öncə ödəyirsiniz. İlk vaxtlar bu sadəcə qəpiklərdi, yalnız vaxt keçdikcə bu çox nəzərəçarpan bir məbləğə çevrilə bilər. Və onu da qeyd etməliyik ki, borcun tam ödənilmədiyi haqqda bank sizə yalnız 1-2 ildən sora da xəbərdarlıq edə bilər  ki, bu da artıq ciddi bir cərimə məbləğinin formalaşmasına gətirib çıxara bilər.

QEYD:  Kreditinizi tamamilə ödədikdən sonra mütləq banka zəng edib borcunun ödənilməsi haqqda bildiriş alın. Ən yaxşı halda isə kreditin bağlanması haqqda yazılı ərizə də ala bilərsiniz. Bir çox banklarda isə bu ödənişli əsaslarla həyata keçirilir.

7. Kartlar üzrə komissiya

Bank kartlarından istifadə etmək sadə və rahatdır. Yalnız bu halda da diqqətsiz yanaşan müştərilər üçün görünməz olan müəyyən komissiyalar və əlavə ödənişlər mövcuddur. Hətta adi debet kartının əldə olunmasında belə komissiya haqqında məlumatları dəqiq oxumaq lazımdır.

Məsələn, kartın ikinci dəfə əldə olunması birinci dəfədən daha baha başa gələ bilər. Və ya siz kartdan istifadə etməsəniz belə , SMS- bankinq və digər xidmətlərə  görə kartdan vəsaitin çıxarılması halları baş verə bilər.

Bundan əlavə isə kartınızın overdraft üçün nəzərdə tutulub tutulmadığına nəzarət edin. Overdaft öz vesaitinizin yetmədiyi halda, yetməyən məbləğin bankdan borc olaraq alınmasını nəzərdə tutur. Bir tərəfdən xeyirli bir funksiya kimi görünsə də, bundan diqqətsiz olaraq  istifadə böyük narahatçılığa gətirib çıxara bilər. Beləki bu borclar müqabilində təyin olunan faiz çox yüksəkdir.

QEYD:  Kartın rəsmiləşdirilməsi zamanı mütəxəssisdən ətraflı olaraq bütün xidmətlər haqqda məlumat alınmalıdır. Kartdan istifadə etmədiyiniz halda banka yaxınlaşıb onu mütləq ləğv edin. Ləğv olunmuş kartı mütəxəssis sizin yanınızda kəsməlidir.

 Müəllif : Fidan Maqbet qızı